Загрузка...

İranda Novruz bayramından əvvəl keçirilən od çərşənbəsində 406 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü ölüb. Qeyd edilir ki, iranlılar digər bəzi Şərq xalqları kimi çərşənbə mərasimində tonqalın üstündən tullanır, pirotexniki vasitələrdən istifadə edirlər.

Çərşənbə mərasimləri 1979-cu ildən başlayaraq dindarların tənqidinə məruz qalır. Onların sözlərinə görə, Od çərşənbəsi İslama uyğun deyil və şəriətə əsaslanmır.