Amerikalı blogger pampers geyinməklə necə məşhurlaşması barədə danışıb. Onun bu hekayəsi barədə “The Sun” qəzeti yazıb. İşdən sonra asudə vaxtlarında 23 yaşlı Cess balaca uşağı yamsılayır, uşaq yatağında oturub əmzik sorur.
Artıq onun YouTube kanalında 160 min izləyicisi var: “İş vaxtında özümü normal qız kimi aparıram. Bütün gün işləyirəm, öz kanalımı idarə edirəm. Yemək bişirir, maşın sürür, paltar yuyur, geyinib-gecinir və özümə qulluq edirəm”.
Videoçəkilişlərinə gələn şərhlərdə insanlar onu böyük insan kimi yaşaya bilməməkdə ittiham etsə də, o, bunu inkar edir. Cess iddia edir ki, bu məşğuliyyəti onun sevgilisini narahat etmir. Sevgilisi uşaq kimi onun qayğısına qalmaqdan xoşlanır. Belə ki, onun uşaq kimi müdafiəsiz görüntüsü sevgilisində onu qorumaq ehtiyacı yaradır. O, öz münasibətlərini “ideal şəkildə normal” adlandırıb. Qız bəzi trolların onu və sevgilisini anormal adlandırmasından narazıdır: “Onlar hədsiz dərəcədə insanı incidir və sevgilimin guya pedofil olması ilə bağlı yalanlar deyirlər”.
Cess etiraf edib ki, ciddi seksual zorakılıq yaşayıb. Amma o, bu halının yaşadığı acı təcrübə ilə hər hansı əlaqəsi olmadığını iddia edir. Tibbi ədəbiyyatlarda isə qeyd edilib ki, bu, ABDL – fetişizmin bir növüdür. Burada partnyorlardan biri özünü körpə kimi aparır, pampers geyinir, butulkadan süd içir, sevgilisi isə onun qayğısına qalır. Bir çox hallarda insanlar bu yolla stresslə və travma sonrası durumla mübarizə aparırlar.
Musavat.com