Загрузка...

Martın 12-nə keçən gecə Sumqayıtda baş vermiş dəhşətli qəzada ölən 27 yaşlı Eldar Həsənovun fotoları yayılıb. Lent.az xəbər verir ki, idarə etdiyi qırmızı rəngli “OKA” ilə Sumqayıtda tanınan Eldar avtomobilin “Hyundai” markalı digər nəqliyyat vasitəsinə çırpılması nəticəsində hadisə yerində vəfat edib. 28 yaşlı Vüsal Quliyev isə xəstəxanada keçinib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

12 mart

Ötən gecə Sumqayıtda baş vermiş ağır qəzada ölənlərin sayı 2 nəfərə çatıb. Lent.az xəbər verir ki, saat 02:30 radələrində şəhərin Koroğlu küçəsində “OKA” və “Hyundai” markalı iki minik avtomobinin toqquşması nəticəsində ağır xəsarət alan və xəstəxanaya yerləşdirilən “OKA”da olan 28 yaşlı sərnişin orada vəfat edib.

Qeyd edək ki, ağır qəza nəticəsində 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlu hadisə yerində vəfat edib və onun cəsədini FHN-in əməkdaşları maşından çıxarıb.

*****

Sumqayıt şəhərində “OKA” və “Hyundai” markalı iki minik avtomobi toqquşub.

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.