Sarıkök adətən xörəklərə dad və rəng vermək üçün istifadə edilən ədviyyatdır. Amma aparılan araşdırmalar sarıkökün, eyni zamanda, insan orqanizmində inanılmaz dəyişikliklərə səbəb olduğunu ortaya çıxarıb.
Ailem.az-ın məlumatına görə, Amerikada aparılan bir araşdırma zamanı məlum olub ki, sarıkök insan beynindəki pis xatirələri silir. Siçanlara müəyyən bir səs eşitdirərək onları qorxudurlar. Siçanların qorxduqda donub qaldıqları müşahidə edilib. Bir neçə saat sonra sonra yemək verib, ardından yenə eyni səsə məruz qoyduqları siçanların yenidən qorxaraq və donub qaldıqları müşahidə edilib. Sarıköklü qidalar verilən siçanlar isə eyni səsə təkrar məruz qaldıqda qorxmayıblar. Bu araşdırmadan yola çıxaraq, elm adamları sarıkökün qorxunun səbəb olduğu pis xatirələri sildiyini iddia edir.
Sarıkökün faydaları nələrdir?
Aparılan araşdırmalar sarıkökün xərçəngə qarşı mübarizə apardığını ortaya çıxarıb. Qəbul edilən qidalarla əlaqədar olaraq qadınlarda estrogen hormonunu təqlid edən kimyəvi maddələr müşahidə edilir. Sarıkök bu kimyəvi maddələri təsirsiz hala gətirir. Estrogen hormonunu təqlid edən kimyəvi maddələrin təsirsiz hala gətirilməməsi, döş xərçənginin başlamasına səbəb olur.
Sarıkök aşağıda sadalanan xərçəng növlərinə qarşı da mübarizə aparır:
– Qida borusu xərçəngi
– Ağciyər və prostat xərçəngi
– Bağırsaq xərçəngi
– Qaraciyər xərçəngi
– Bağırsaqlarda polip yaranması
– Döş xərçəngi