Загрузка...

Müasir hərbi tibb taktikaları ilə aparılan araşdırmalar Sakit okeannın Nikumaroro adasında 1940-cı ildə tapılan sümüklərin Atlantik okeanını tək başına keçən ilk qadın pilot Ameliya Earharta aid olduğunu təsdiq edib.

Publika.az xəbər verir ki, bu barədə araşdırma “Forensic Anthropology” dərgisində yer alıb.

Araşdırmanı ABŞ-ın Tennesi Universitetinin professoru Riçard Yantz həyata keçirib. Professor Havay adalarından 2900 km uzaqda yerləşən kimsəsiz adada tapılan sümükləri incələyib. Sümüklər qadın pilot və onun köməkçisinin boy və kilo ölçüləri ilə müqayisə edilib və onların Ameliyaya aid olduğu ortaya çıxıb.

Atlantik okeanını təkbaşına keçən ilk qadın pilotun sirri 81 il sonra ORTAYA ÇIXDI

Araşdırmada iştirak edən dərzilər Ameliyanın pasport və digər fotolarında geyindiyi paltarları nəzərdən keçirib və tikişlərin uzunluğundan pilotun sinə və bel nahiyəsinin ölçülərini təyin ediblər. Alınan nəticə sümüklərin araşdırmasına əlavə edilib. Beləliklə 99% nəticə ilə tapılan sümüklərin Ameliya Eartharta aid olduğu təsbit edilib.

Qeyd edək ki, Ameliya köməkçi pilotu Fred Nunan ilə birlikdə dünyanı təyyarə ilə gəzmək niyyətilə çıxdığı səyahətdə 1937-ci ildə Sakit okeanda qeybə çəkilmişdi. 1940-cı ildə ingilis ekipajı Nikumaroro adasında apardıqları araşdırmalarda bəzi əşyalarla birlikdə 13 insan sümüyü tapmış və qalıqların kişi cinsinə aid olduğu bildirilmişdi.