Загрузка...

Ruandada kilsəyə ildırım düşməsi nəticəsində azı 16 nəfər həyatını itirib, onlarla insan isə xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət dairələrinə istinadən “Mena FN” nəşri yazıb.

Faciə ölkənin cənubunda yerləşən Nyarüquru yaşayış məntəqəsində qeydə alınıb. On altı nəfərdən əksəriyyəti hadisə yerində keçinib, daha 140 nəfər xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, həmin rayonda daha bir nəfər ildırım vurması nəticəsində ölüb.