Bakıda ictimai nəqliyyatda xoşagəlməz hadisə baş verib.
Minval.info xəbər verir ki, 202 nömrəli marşrut avtobusunda kişi qıza telefon nömrəsini verməyə çalışıb.
Bu barədə hadisə şahidələri məlumat veriblər. Onların sözlərinə görə, qız kişidən təxminən 10-15 yaş kiçik olub.
Video sosial şəbəkələrdə paylaşılıb və insanların sərt reaksiyasına səbəb olub.
Məlumata görə, kişinin bu hərəkətinə görə qız ağlayıb və az sonra nəqliyyat vasitəsindən enib.