Загрузка...

Xəbər verdiyimiz kimi, fevralın 18-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobus sürücüsünün, qaydaları pozaraq avtobusun hərəkət zolağında saxlamış 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü tərəfindən sərnişinlərin gözü önündə təhqir olunması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunmuşdu.

Minval.info-nun xəbərinə görə, bu barədə məlumat verən BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, artıq araşdırmanın nəticəsi ilə bağlı rəsmi məlumat “BakuBus” MMC-yə daxil olub.

“Hadisənin araşdırılması Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis bölməsi tərəfindən həyata keçirilmiş və hadisəni törədən şəxs N.Musayev polis bölməsinə gətirildikdən sonar tutduğu əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirmiş, avtobus sürücüsündən üzr istəyərək bağışlanmasını xahiş edib. Bununla belə polis orqanları tərəfindən toplanmış materiallar əsasında vətəndaş N. Musayev barəsində törətdiyi qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu madəsinə uyğun olaraq inzibati tənbeh tədbiri həyata keçirilib”.

“BakuBus” MMC bird daha sərnişinləri və digər yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə, İctimai nəqliyyatın normal fəaliyyət göstərməsi üçün mövcud qanunvericiliyin tələblərini yerinə yetirməyə dəvət edir.