Azərbaycanlı trans Türkiyədə öldürülüb.
Musavat.com-un məlumatına görə, hadisə 8 mart günü, İstanbulun Tarlabaşı səmtində yerləşən bir oteldə baş verib. İşçilər otaqda meyit olduğunu gördükdə polis çağırıblar. Hadisə yerinə gələn polis ölən şəxsin cinsiyyətini dəyişdirmiş Roman ləqəbli azərbaycanlı olduğunu aşkarlayıblar. Polislər onun bıçaq zərbəsi aldığını və boğularaq öldürüldüyünü bildirib. Onun qatili İran əsilli Aşqan Kazemi artıq saxlanılıb. O, hadisəni törətdikdən sonra bir taksiyə minib, daha sonra taksi sürücüsünü yaralayaraq maşını oğurlayıb və Bursanın Nilufər rayonuna qaçıb. O, Nilufər rayonunda da iz itirmək üçün iki avtomobil oğurlayıb.
Polis tərəfindən saxlanılan 27 yaşlı Aşqan Kazemi bildirib ki, transı əvvəl qadın sanıb, daha sonra cinsiyyət dəyişdirdiyini anlayıb və ondan çıxıb getməsini istəyib. Bu zaman transın pul istədiyini deyən Aşqan Kazemi bunun üçün mübahisə başladığını və onu öldürdüyünü etiraf edib.
Musavat.com