“Ölkə.Az” ABŞ mediasına istinadən xəbər verir ki, Qüds böhranı, Şimali Koreya ilə nüvə çəkişmələri yaşandığı bir vaxtda ABŞ prezidenti Donald Trampın porno ulduzu Stormi Deniels ilə eşq yaşadığı iddiaları ortaya atılıb. Keçmişdə eşq yaşadığı məşhurlar siyahısına hər dəfə yenisi əlavə olunan Deniels əvvəlcə bu iddiaları təkzib etmişdi. Trampın vəkili Maykl Koen isə porno ulduza “susması” üçün öz cibindən 130 min dollar verdiyini açıqlamışdı. Bu hadisədən sonra Stormi razılığa əməl edilmədiyinə görə Trampı məhəkəməyə verib.
Maykl Koen 130 min dollarlıq ödəməni təsdiq etsə də, Ağ Ev sözçüsü Sara Senders bu məsələdən Trampın xəbəri olmadığını bildirib.
“Bu məsələ ilə bağlı cənab prezidentlə danışdım. Əvvələcə də dediyim kimi prezidentin ödəmə ilə bağlı heç bir məlumatı olmayıb. Özü də bu iddiaları rədd edir”, deyə Senders qeyd edib.
ABŞ mediası isə Koenin Tramp üçün niyə bu cür fədakarlıq etməsi müzakirə edilir.