Rusiya istehsalı olan 1L122-1E radarı ilk dəfə Suriya ordusu inventarında görünüb.
Axar.az xəbər verir ki, yeni kiçikölçülü daşına bilən bu radarın məlumat bazası kimi istifadəsi nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi döyüş qabiliyyətinin artırılması məqsədinə Suriya ordusuna müxtəlif müdafiə sistemlərinin yerləşdirildiyini açıqlamışdı.
Bundan əlavə, bir neçə gün əvvəl Rusiyaya məxsus 5 Su-57 təyyarəsi gizli şəkildə Hmeymim bazasına gəlmişdi.