Hər bir ölkənin özünə məxsus adət-ənənəsi var. Evlilik və toyla bağlı adətlər isə xüsusi rəngarənglik təşkil edir.

Minval.info dünyanın dörd bir tərəfindən maraqlı toy adətlərini təqdim edir:

Pakistan

Burada bakirə qızlara evlənməyə icazə verilmir – Qəribə toy adətləri

Pakistanda bəy gəlinin ailəsi tərəfdən səbir imtahanından keçirilir. Gələcək qohumlar bəyi ağır sözlərlə təhqir edirlər. Əgər kürəkən ailənin təhqirlərinə dözüb, əsəbiləşməzsə qızla evlənməsinə icazə verilir.

Mavritaniya

Burada bakirə qızlara evlənməyə icazə verilmir – Qəribə toy adətləri

Bu ölkədə gəlin evlənməzdən əvvəl 100 kilo olmalıdır. Bəyin ailəsi gəlinə çoxlu yemək yedirdir, hətta əgər gəlin etiraz edərsə cəza tətbiq edilir.

Şimali Koreya

Burada bakirə qızlara evlənməyə icazə verilmir – Qəribə toy adətləri

Əvvəllər Koreyada bəylər ayaqlarına ördək bağlayıb at üstündə gəlinin evinə gedirdilər. İndi isə simvolik olaraq taxta ördək istifadə edilir. Cütlük ördəyi tərs qoyarsa bu onların dalaşdığını, düz qoyarsa yaxşı yola getdiklərini bildirir.

Hindistan

Burada bakirə qızlara evlənməyə icazə verilmir – Qəribə toy adətləri

Hindistanda bəy və gəlin üçün tonqal qalanır və ətrafında yastıq qoyulur. Tonqalın başına 4 dəfə dolandıqdan sonra ilk kim oturarsa, evdə də söz sahibi o olur.

Quam

Burada bakirə qızlara evlənməyə icazə verilmir – Qəribə toy adətləri

Sakit okean sahilində yerləşən Quamda bakirələrin evlənməsi qadağandır.

Bosniya və Hersoqoviniya

Burada bakirə qızlara evlənməyə icazə verilmir – Qəribə toy adətləri

Burada qızın sevgilisi evə dəvət edilir və uzun-uzun onunla söhbət aparılır. Sonda ailə izdivaca razılıq verirsə bəyə şirin, razı olmursa acı və ya duzlu qəhvə verilir.

İsveç

Burada bakirə qızlara evlənməyə icazə verilmir – Qəribə toy adətləri

İsveç adətinə görə, gəlin makiyajını təzələmək üçün gəlin otağına gedən zaman toydakı bütün qadınlar bəyi öpmək üçün sıraya girir. Əgər bəy ortalıqda görünməzsə, kişilər gəlinin əlini öpürlər. Həmçinin qadınların toyda qırmızı geyinməsinə yaxşı baxmırlar. Əgər bir qadın  toya qırmızı geyinibsə, bu, əvvəllər onun bəylə münasibətdə olduğunu bildirir.

Загрузка...