Səudiyyə Ərəbistanının aparıcı teleholdinqi MBC ərəb telekanallarında türk seriallarının yayımını qadağan edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda teleholdinqin nümayəndəsi Mazen Hayek yerli “Sabk” elektron qəzetinə bildirib.
Onun sözlərinə görə, qadağa Türkiyədə çəkilən bütün seriallara aiddir. Qadağa martın 2-də qüvvəyə minir. Teleholdinqin nümayəndəsi qeyd edib ki, ərəb auditoriyası tərəfindən sevilən türk seriallarının yayımına qoyulan qadağa yerli serialların çəkilməsini dəstəkləmək arzusu ilə bağlıdır.
MBC 1991-ci ildə Londondan peyk vasitəsilə ərəb dilində yayımlanan ilk xüsusi telekanaldır. 2002-ci ildə baş ofisi Dubaya köçürülən Mərkəzin hazırda 11 kanalı fəaliyyət göstərir.