Загрузка...

Son iki həftədir ki, Tovuzun maşın bazarında qiymətlərdə enmə müşahidə olunur. Qiymətlərin aşağı olmasına baxmayaraq, maşın alanların da sayı azdır.

Xezerxeber.az-ın məlumatına görə, Rusiya istehsalı olan maşınlarıda 300 manatdan 500 manata qədər ucuzlaşma olub. Almaniya, Yaponiya və digər ölkələrin istehsal etdiyi avtomobillərinin qiymətlərində də enmə müşahidə edilir. Satıcılar belə avtomobillərin 10 faizə qədər ucuzlaşdığını bildirir. Qiymətlərin enməsinin həm bazardakı durğunluqla, həm də mövsümlə əlaqəli olduğu bildirilir.

Ekspertlər bildirir ki, alıcılar avtomobillərin daha da ucuzlaşmasını gözləyirlər. Buna görə də hazırda satış azdır.

Bərdə bazarında da ucuzşlama müşahidə olunur. Bildirilir ki, bu ərəfədə bazara daha çox avtomobil çıxarılıb. Bazarda avtomobilin çoxluğu ucuzlaşmaya səbəb olub.

Bərdədə daha cox satışa çıxarılan Rusiya istehsalı olan avtomobillərdir.

Ucuzlaşmanın növbəti həftələrdə də davam edəcəyi gözlənilir.