Загрузка...

Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçular müəyyənləşib.

Fanat.Az “Transfermarkt”ın qiymətləndirməsinə istinadən xəbər verir ki, çempionatımızın ən dəyərli futbolçusu Pedro Enrikedi.

“Qarabağ”ın Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü braziliyalı futbolçuya 3 milyon avro qiymət qoyulub. Onu “Qarabağ”dan komanda yoldaşı və həmyerlisi, milliləşdirilmiş futbolçumuz Riçard Almeyda izləyir – 1,5 milyon avro.

3-4-cü pillərlərdə də “Qarabağ”ın futbolçuları qərarlaşıb. Belə ki, rəqabətdə İbrahim Şehiçə uduzan ukraynalı qapıçı Anton Kanibolotski və ispan futbolçu Dani Kintananın 1 milyon avro qiyməti var.

Futbolçu (klub) Dəyəri (avro)
1. Pedro Enrike (Qarabağ) 3.000.000
2. Riçard Almeyda (Qarabağ) 1.500.000
3-4. Anton Kanibolotski (Qarabağ 1.000.000
Dani Kintana (Qarabağ 1.000.000
5-6. Miçel (Qarabağ) 900.000
Vitali Vernidub (Qəbələ) 900.000
7-9. İbrahim Şehiç (Qarabağ) 800.000
Vild Donald Gerye (Qarabağ) 800.000
Filip Ozobiç (Qəbələ) 800.000
10-14. Yakub Rejniçak (Qarabağ) 700.000
Bədavi Hüseynov (Qarabağ) 700.000
Voyislav Stankoviç (Qəbələ) 700.000
Dion Malone (Qəbələ) 700.000
Stiven Jozef-Monroz (Qəbələ) 700.000
15. Dmitri Bezotosnı (Qəbələ) 650.000
16-17. Kiril Petrov (Neftçi) 600.000
Yosep Bum (Zirə) 600.000
18-22. Ramil Şeydayev (Qarabağ) 500.000
Qara Qarayev (Qarabağ) 500.000
Maksim Medvedev (Qarabağ) 500.000
Famussa Kone (Qəbələ) 500.000
Faruk Miya (Səbail) 500.000