Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski ona prezidentliyə namizəd Kseniya Sobçakla bağlı sual verən “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikovu təhqir edib.
Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, jurnalist Jirinovskiyə teledebatdakı gərginliyin səbəbini öyrənmək üçün sual verib. Sual partiya sədrini özündən çıxarıb.
“Sən təxribatçısan, ay jurnalist, sənə maraqlı məlumat lazımdır… Xoşuna gəlmir – dur rədd ol!” – deyə Jirinovski bildirib.
Xatırladaq ki, bir gün əvvəl “Rossiya 1” telekanalının efirində Jirinovski ilə Kseniya Sobçak arasında yaşanan mübahisə zamanı sonuncu Jirinovskinin üzünə su atmışdı. Jirinovski isə onu qeyri-etik ifadələrlə təhqir etmişdi.