Bu gün “Gündəlik Teleqraf” MMC-yə daxil olan “Teleqraf.com” və “Publika.az” xəbər saytlarının yaranma günüdür.
Hər iki saytın fəaliyyətə başlamasının 6 ili tamam olur.
“Teleqraf.com” saytının siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, simsiz, toplum, kriminal, art, idman, maqazin, “Publika.az”ın isə dünya, maraqlı, idman, layihələr, həmçinin nida.az, qırmızı.az, sringer.az, tabloid.az, ekopublika.az kimi bölmələri var.
“Medianews.az” saytı, başda Aynur Camalqızı olmaqla bu saytlarda çalışan bütün həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayır!