İngiltərədə yaşayan 57 yaşındaki Melissa Ede 2017-ci ilin dekabrında “National Lottary” adlı şans oyunundan 4 milyon sterlinq (təxminən 9 milyon manat) qazanıb.
Ede bu pulu gözəllik vasitələri və plastik əməliyyatlar üçün xərcləməyə qərar verib. Bu tarixdən etibarən Ede bambaşqa bir hala gəlib. Hull şəhərində taksi sürücüsü olaraq çalışan trans minlərlə dollarını “özünü daha çox bəyəndiyi” bir hala gətirmək üçün xərcləyib. Artıq tam “qadın” kimi göründüyü üçün xoşbəxt olduğunu deyən Ede lotereyanı qazanmadan öncə də sosial mediada məşhur bir insan idi.
Ede keçirdiyi estetik əməliyyatların ardınca özünə aid bir televiziya şousu hazırlamaq və bu şəkildə sərvətini artırmaq niyyətindədir.
Musavat.com