Загрузка...

Elistada (Kalmıkiya Respublikası, Rusiya Federasiyası) akrobat sirkdə çıxışı zamanı hündürlükdən yıxılıb. Artist reanimasiyadadır.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Kalmıkiya Respublikası administrasiyasından bildiriblər.

“Mstislav Zapaşnının sirkinin çıxışı zamanı akrobat Anton Martınov hündürlükdən yıxılıb. İndi o, reanimasiyadadır, ona kömək göstərilir”, – deyə, administrasiyadan bildiriblər. Qeyd olunub ki, hadisənin baş vermə təfərrüatları araşdırılır.