Avtomobilin satış qiymətini qaldırmaq üçün onun kilometrajı geri çəkdirilir. Bu yolla alıcılar aldadılır. Hüquqşünaslar isə bu halın ölkə qanunvericiliyinə zidd olduğunu bildirirlər.
İstehlakçıları aldadan şəxslər 3 min manatdan 5 min manatdək cərimə və ictimai işlərə cəlb oluna, hətta azadlıqdan məhrum edilə bilərlər. Bunun üçün aldadılan şəxs hüquq-mühafizə orqanlarına şikayət etməlidir.
Avtomobil təmiri üzrə mütəxəssislər isə kilometrajı geri çəkilən avtomobili müəyəynləşdirməyin bir neçə üsulu olduqunu bildirirlər.
Peşəkar ustalar mühərrikə və avtomobilin alt hissəsinə baxmaqla kilometrajın geri çəkilib-çəkilmədiyini bilə bilirlər. Bəzi hallarda bunu avtodiaqnostika ilə də müəyyən etmək olur. Amma bu, əksər avtomobillər üçün keçərli olmur.(xezerxeber.az)