Загрузка...

Texnologiyanın inkişafı nəticəsində bu gün insanların həyat səviyyəsi sürətlə yaxşılaşır. Artıq ölkəmizdə müxtəlif tipli məişət avadanlıqlar satılır. Ölkə bazarında ən müasir məişət texnikası mallarına rast gəlmək olar. Təbii ki, məişət avadanlıqlarının çeşidləri artdıqca, keyfiyyət və kəmiyyət fərqləri də artır. Belə olan halda isə alıcıların ən keyfiyyətli malı, normal qiymətə alması üçün həmin mallar haqqında standartları bilməlidirlər. Siz də yeni mikrodalğalı soba almaq istəyirsiz? Hansı məhsulu alacağınıza qərar verə bilmirsiz? O zaman bu yazını diqqətlə oxuyun.

Publika.az oxucularına bu işdə “Ayırtman” layihəsi kömək olacaq.

Mikrodalğalı sobanın tarixi

Keyfiyyətli mikrodalğalı sobanı necə tanımalı? - ANİ BİR SƏHV ÖLÜM GƏTİRƏR

Mikrodalğalı soba amerikalı mühəndis Spenser tərəfindən ixtira edilib. Mikrodalğaların xüsusiyyətlərini tədqiq edən Spenser müəyyən edib ki, sobanın istiliyi dalğalanmanın müəyyən bir tezliyi zamanı yaranır. 1945-ci ildə o, öz ixtirasının patentini alır və yeni cihazın qida hazırlanmasında istifadə edilməsini təklif edir. Spenserin ixtirası üzərindən artıq 1949-cu ildən ABŞ-da birinci mikrodalğalı sobalar istehsal olunmağa başladı. Lakin mikrodalğa əvvəllər də qidanın hazırlaması üçün istifadə olunub. Hələ Böyük Vətən Müharibəsi dövründə almanlar qidanın hazırlanması üçün mikrodalğalı plitədən istifadə ediblər. Müharibədən sonra SSRİ bu sobaların bir neçə modelini əldə edib və tədqiqatlardan sonra bu sobalar müvəqqəti olaraq qadağan olunub. Lakin sonradan bu sobalar dünyanın müxtəlif ölkələrində çox müxtəlif modellərdə istehsal olunmağa başlayıb.

İstehsalçılar təkcə mikrodalğalı sobalardan deyil, bütün keyfiyyətsiz məhsullardan – soyuducular, kondinsonerlər, tozsoranlar, fenlər, ütülər və s. şikayətçi olurlar. Ona görə də hər bir istehlakçının bu avadanlıqları alarkən aldanmamaq üçün bilməli olduğu bir neçə məqam var.

Mikrodalğalı sobaların hansı növləri var?

Keyfiyyətli mikrodalğalı sobanı necə tanımalı? - ANİ BİR SƏHV ÖLÜM GƏTİRƏR

Mikrodalğalı sobaların mexaniki, elektron və sensorlu idarəetmə sistemi olan müxtəlif növləri mövcuddur. İç örtük materialına görə emal, keramik, biokeramik və paslanmaz polad örtüklü növləri var. Bunların arasında ən keyfiyyətlisi biokeramik örtüklü iç kameraya sahib mikrodalğalı sobalardır. Belə ki, biokeramikadan hazırlanmış səth çox asan təmizlənir, ərzağın qoxusunu özündə saxlamır, düz və parlaq olur. Bu gün bu çeşidlərin hər birini elektronika mağazalarından əldə etmək olar. Hazırda mikrodalğalı sobalar hər bir evin, müəssisənin əvəzolunmaz məişət texnikaları arasındadır. Əvvəl mikrodalğalı sobalar yalnız hazır yeməklərin isidilməsi üçün istifadə olunurdusa, bu gün artıq müasir mikrodalğalı sobalar bir çox funksiya ilə istifadəçilərə təqdim edilir. Belə ki, tez bir zamanda soyuducudan çıxarılan donmuş qidanın buzunu açmaq, soyumuş yeməyi qızdırmaq, tezbazar dadlı buterbrodlar və s. hazırlamaq imkanımız olur. İstifadəsi sadə, qiyməti qaz sobaları ilə müqayisədə kifayət qədər ucuz, elektrik sərfiyyatına görə isə əlverişlidir. Mətbəxinizdə isə o qədər də böyük yer tutmayacaq. Mikrodalğalı sobalar həcminə görə, adətən 18 litrdən başlayır, 40 litr və daha böyük həcmlərdə istehsal edilir. Əgər ailənizdə 3 nəfərdən çox adam yoxdursa, həcmi 18 litr olan mikrodalğalı soba kifayətdir. Ailə üzvlərinizin sayı daha çoxdursa, bu zaman sizə həcmi daha böyük olan modellər sərfəli olar. Həcmi ilə yanaşı, sobanın işləmə gücü də onun gördüyü işə təsir göstərir. Məsələn, ərzağın buzunu açmaq üçün mikrodalğalı soba 300-500 Vt, yemək bişirmək üçün 700 Vt və daha çox güc istifadə edir. Ortalama isə mikrodalğalı soba 700 -1800 Vt güc göstəricisi ilə işləyir.

Hansı qablarda yeməklərin qızdırlması təhlükəlidir?

Keyfiyyətli mikrodalğalı sobanı necə tanımalı? - ANİ BİR SƏHV ÖLÜM GƏTİRƏR

Mikrodalğalı sobada qizdırılma zamanı farfor, fayans, plastmas kimi qablardan istifadə etmək olar. Əgər qabın üzərində hər hansı bir metal işləmə varsa, bu qablardan istifadə etmək olmaz, çünki bu halda kamerada qığılcım yarana bilər və bu da qısaqapanma kimi hallara gətirib çıxarar. Nəzərə alın ki, bu cihazların şüşə və ya korpusu zədələndiyi halda təhlükəli ola bilər. Keyfiyyətsiz sobalarda və qablarda qızdırılan yeməklərin faydalılıq xüsusiyyətləri tamamilə ölür. Onlar yeməyinizin elektron strukturunu pozur.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətininməlumatına görə, mikrodalğalı sobalar mikrodalğaların şüalanması vasitəsi ilə qidanın termo emalını həyata keçirən cihazdır. Bu cihazlar vasitəsilə qidada mikrodalğaların təsiri altında suyun molekulları hərəkətə gəlir və bu qidanın qızdırılmasına səbəb olur. Bütün məhsulların tərkibində su olduğunu nəzərə alsaq mikrodalğalı sobalardan istənilən məhsulun qızdırılması üçün istifadə etmək olar. Nazirlik alıcılara xəbərdarlıq edir ki, bu cihazları alarkən birinci növbədə satıcıdan zəruri məlumatlar alsınlar. Ölkə qanunvericiliyində istehlakçıların satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə sertfikart, həmçinin mal haqqında təqdim olunan məlumata cavab verməsini tələb etmək hüququ var. Yəni istehlakçı hər hansı malı alarkən, ilk növbədə, onun keyfiyyəti ilə bağlı satıcıdan zəruri məlumatları tələb edə bilər. Eyni zamanda, istehlakçı aldığı malların, o cümlədən məişət texnikasının keyfiyyətini, komplektliyini, qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. İstehlakçı bilməlidir ki, bu mallar zəmanət müddəti ilə satılmalıdır. Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkarlanarsa, istehlakçı qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilər. Bəzi hallarda onların keyfiyyət sertifikatı olmur və onlara zəmanət verilmir. Bu isə istehlakçıların keyfiyyətsiz mal almasına səbəb olur. Hər hansı qanun pozuntularına rast gəlinərsə, dərhal İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinə müraciət etmək lazımdır.

Keyfiyyətli mikrodalğalı sobanı necə tanımalı? - ANİ BİR SƏHV ÖLÜM GƏTİRƏR