Загрузка...

Beyləqan və Ağcabədi rayonlarında 27 baş qoyunu oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini tutulub.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan və Ağcabədi rayonları ərazisində ayrı-ayrı təsərrufatlardan bir necə dəfə oğurluq edən Rahil Zülfiqarov saxlanılıb.

Məlum olub ki, o, vətəndaşların ümümlikdə 27 baş secmə xırda buynuzlu heyvanını oğurlayıb.

Rahil Zülfiqarovun sözlərinə görə, o, oğurluğu əvvəlcədən planlaşdırıb və gecə saatlarında edib. O, oğurladığı heyvanların izini itirmək ücün onları bir necə gün saxladıqdan sonra qonşu rayonlarda yerləşən bazarlarda satıb.

Qeyd edək ki, R.Zülfüqarov Ağcabədidəki fermalardan birində coban işləyib. O, işlədiyi fermadan da oğurluq edib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

Fermalardan oğurluq edən çoban saxlanılıb- FOTO

Fermalardan oğurluq edən çoban saxlanılıb- FOTO