Загрузка...

Müğənni Könül Kərimovanın 172 manat işıq pulu borcu var.

Lent.az-ın məlumatına görə, bu barədə aparıcı Zaur Kamal 5/5 verilişində deyib. O bildirib ki, müğənni kommunal borclarını ödəmir.

K. Kərimova isə aparıcının sözlərinə bu cür münasibət bildirib: “Düz deyir, dünən dedilər ki, 172 manat borcum var. Oğlum dedi ki, ana, işıq pulunu ödəmək lazımdır. Dedim, gecikirəm, qayıdanda baxaram. İşığı çox işlədirəm. Evə girəndə hər yerdə işığı yandıra-yandıra gedirəm. Əlacım olsa, yatanda da yanılı qoyaram”.

Könül Kərimovanın 172 manat işıq pulu borcu var - ÖDƏMİR