Müğənni Şəbnəm Əsədova (Tovuzlu) özəl həyatından danışıb.
Minval.info-ya açıqlama verən müğənni həyat yoldaşını itirmək qorxusu olmadığını dilə gətirib:
“Mən zəif qadın deyiləm. Zəif, özünə güvənməyən, baxımsız, dır-dır edən qadının həyat yoldaşını əlindən alarlar. Daha doğrusu, kişi ondan qaçar. Mən baxımlıyam, ailəmə can yandırıram, mehribanam. Ailəmi çox sevirəm. Həyat yoldaşım niyə məni atıb getsin? Heç vaxt da qorxmamışam ki, kimsə məni qoyub gedər. Getmək istəyənə yaxşı yol deyirəm”.
Qeyd edək ki, müğənni Hacı adlı şəxslə qeyri-rəsmi münasibətdədir. Onlar arasında dini nikah bağlanıb. Cütlüyün bir övladı var.
Xatırladaq ki, tez-tez qadın müğənnilər həyat yoldaşlarını əllərindən alınmasından qorxduqları üçün üzə çıxarmadıqlarını deyirlər. Son olaraq Rəqsanə İsmayılova bu cür açıqlama vermişdi.