Загрузка...

Erməni “qanuni oğru” Lotu Quli ləqəbli Nadir Sələfovu düşmənləri ilə əlbir olub.

BAKU.WS-in məlumatına görə, Lotu Qulinin qətli sifariş edilib. Bu işi kriminal avtoritet Zap Leninakanski ləqəbli Andranik Soqoyana tapşılırıb.

Belə ki, ötən il dekabrın 22-də İstanbulda güllələnən kriminal aləmdə Dato Pankisski tanın David Alxanaşvilinin qətli ilə bağlı yeni təfərrüatlar məlum olub. İddia olunurdu ki, Datonun qətlini Lotu Quli sifariş verib.

Hadisə baş verən zaman Quli ilə çeçen mafiası arasında ciddi fikir ayrılığı mövcud idi. Alxanaşvili də milliyətcə çeçen idi. Lakin primecrime.ru yazır ki, Lotu Qulinin beynəlxalq axtarışdan gizlənmək üçün yerləşdiyi İstanbulda Alxanaşvilini öldürmək üçün heç bir əsası olmayıb.

Mənbənin yazdığına görə, Qulinin əsas düşməni Şakro Molodoyun bacısı oğlu erməni oğruya Lotu Qulinin qətlini sifariş verib.