Загрузка...

“Mənə deyirlər ki, sən danışma, ancaq oxu”.

BAKU.WS-in məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan əməkdar artist Elnarə Abdullayeva deyib.

O bildirib ki, bir çoxları onun danışıq qabiliyyətini bəyənmir:

“Mən kənddən gəlmişəm, orada gördüyüm kimi danışıram. Şəhərdə böyüməmişəm axı. Bu gün “Gələgəm” , “Gedəgəm” deyə bilmərəm. Elə desəm, kənddən məni tanıyanlar deyəcəklər ki, bu qız dəli olub. Bu nə danışıqdı? Mın bu cür danışığa pis baxmıram. Sadəcə mən kəndə mal, heyvan yanında böyümüşəm, bununla da fəxr edirəm. Mən pis danışıram ki? Mən danışanda kimsə pis yola düşür? Daha danışığımı dəyişən deyiləm. Dəyişsəm, zülm çəkərəm”.