Tanınmış videobloger Əlixan Rəcəbov sonuncu işi ilə qalmaqala yol açıb.
Minval.info xəbər verir ki, Rəcəbovun axırıncı videosunda Hüseyn Əzizoğlunun hədəfə alındığı bildirilir.
Əlixan Rəcəbov ad çəkməsə də, əksər sosial şəbəkə istifadəçiləri onun Hüseyni nəzərdə tutduğunu qeyd edib. Hətta əksəriyyət Əzizoğlunun adını çəkərək tənqidi rəylər yazıb.
Əlixan Rəcəbov videosunda bu sözləri işlədib: “…Tanınmış olmaq üçün birincisi, mütləq kreditə girib “Niva” götürmək lazımdır. “C” və “Ç” hərfini ağzında zorlayan bir-iki dənə gözəl qız lazımdır. Bakıda bir dənə də olsun qəlyanxananı qaçırma. Təbii ki, qadın paltarları geyinib tuman reklam etməlidir. Və sonda sənin çəkdiyin videolar heç bir məna daşımamalıdır…”
Minval.info