Загрузка...

Futbol üzrə Avropa Liqasının “Atletik” (İspaniya) və “Spartak” (Rusiya) arasında Bilbao şəhərində keçirilmiş 1/16 final matçından əvvəl fanatlar arasında baş vermiş iğtişaş zamanı bir polis əməkdaşı ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı “Correo” qəzeti yazıb.

Regional hüquq-mühafizə orqanları əməkdaşı ürəyi dayandıqdan sonra tibb müəssisəsinə aparılıb. Reanimasiyadan sonra o, ağır vəziyyətdə olub və sonra dünyasını dəyişib.

Qəzet yazır ki, matçdan əvvəl azarkeşlər arasında baş verən qarşıdurmalar nəticəsində bir neçə nəfər yaralanıb. Əlavə olaraq, ən azı beş nəfər saxlanılıb.