Çinin müxtəlif şəhərlərində “Çuncie” (Bahar bayramı) bayramı münasibətilə keçirilən atəşfəşanlıq tədbirlərində 51 nəfər həlak olub.
Axar.az xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik qurumu məlumat yayıb.
Bildirilib ki, 51 nəfər müxtəlif cür fişənglərin və partlayıcı oyuncaqların yaratdığı yanğınlar nəticəsində ölüb.
Daha 9 nəfərin də xəsarətlər aldığı bildirilib.
Qeyd edək ki, hər il bu bayramda keçirilən atəşfəşanlıq onlarla insan həlak olur.