Los Anceles sakini 110 plastik cərrahiyyə əməliyyatı aparıb ki, özünü yadplanetliyə bənzətsin. Bu barədə lenta.ru “Daily Mirror”a istinadən xəbər verib. 22 yaşlı Vinni Ohh ilk dəfə plastik cərraha 5 il öncə müraciət edib.O, həmin vaxt dodaqlarını şişirtmək istəyib.
Ondan sonra isə növbə ilə alnının, yanaqlarının və üzünün quruluşuna da müəyyən korreksiyalar edib. Bundan başqa, elə təkcə dodaqlarının quruluşunu dəyişmək üçün 5 dəfə əməliyyat keçirib. Yadplanetlilərə bənzəmək üçün Ox gözünə də qara kontakt linza taxır. Bundan başqa, onun dırnaqları taxmadır, saçları isə parlaq rənglərlə rənglənib. Onun bu günə qədər həyata keçirdiyi və bundan sonra planlaşdırdığı əməliyyatların məbləği 160 min dollardır.
Musavat.com