Türkiyədə daha bir din xadimi çıxışı ilə gündəmə gəlib.
Minval.info xəbər verir ki, Nürəddin Yıldız adlı ilahiyyatçının dini mövzuda bildirdiyi fikirlər birmənalı qarşılanmayıb.
N.Yıldız “şəhvət hissi necə idarə olana bilər?” sualı ətrafında çıxış edib. O bildirib ki, insanın yuxuya gedəcək yorğunluqla yatağa girməli və dərhal yatmalıdır.
Din xadimi yataqda keçirilən boş vaxtın insanı ehtirasa apardığını deyib: “Yəni yata bilməmək, yuxuya getməmək və bu zaman ərzində keçən hər dəqiqə səni şəhvətə doğru aparır”.
İlahiyyatçı həmçinin qeyd edib ki, yataq dəsti, ədyal insanı “qıdıqlayacaq” formada olmamalıdır: “Xüsusilə kişilərə təsir etməməli və cinsi istəkləri artırmamalıdır”.
Bununla bir neçənci dəfərdir ki, Türkiyədə fəaliyyət göstərən illahiyyatçı belə qəribə fikirlər səsləndirir.