Rusiya və Çin bir neçə il ərzində sputniklərə qarşı orbital kosmik silah əldə edəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Milli Kəşfiyyatının direktor müavini Syu Qordon deyib.
“Rusiya və Çinə məxsus sputnik əleyhinə dağıdıcı silahlar, o cümlədən raketlər, lazerlər və orbital silahlar bir neçə ildən sonra əməliyyat aparmaq gücünə sahib olacaq. Bu ölkələr kosmosda müharibə ehtimalını hər fürsətdə dəyərləndirirlər. Artıq bu gün Rusiya və Çinin ABŞ peyklərini və hərbi infrastruktunu məhv etmək qabiliyyətləri var”, – Qordon Milli Kosmos Agentliyinin konfrasında bildirib.