Türkiyənin Rusiyadakı səfirliyinə içərisində tozlu maddənin olduğu məktub göndərilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Olay yerində analiz aparmaq üçün mütəxəssislər cəlb edilib.
Bildirilib ki, şübhəli məktub diplomatik korpusun nümayəndələrinə heç bir təhlükə yaratmayıb.