Rusiyada 15 yaşlı qız gəncləri intihara sürükləyən “Mavi Balina” oyununun qurbanı olub.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Maria Vinoqradova adlı qız 12 yaşlı bacısı ilə binanın onuncu mərtəbəsindəki evlərinin eyvanından özlərini atıblar.
Qız intihar etmədən öncə ailəsinə vida etdiyi bir video çəkib.
O, son sözlərində “Hər kəsə əlvida. Hər birinizi çox sevirəm. Həqiqətən çox-çox-çox sevirəm” deyib.