Bitki mənşəli çaylar, orqanizmin müqavimətini artıraraq, xəstəliklərdən qoruyur. Minlərlə ildir ki, istehlak edilən bitki çayları insanı gümrah saxlayır və sakitləşdirir:
Deyerler.org bildirir ki, razyana həzmi asanlaşdıran, köpazaldıcı və südçoxaldıcı təsirlərilə analar tərəfindən ən çox istifadə edilən bitkilərdəndir. Həmçinin, bu çayın sakitləşdirici təsiri də mövcuddur.
Nanə: Ağrıkəsici təsiri vardır. Ürək bulanması və qusma halında nanə-limon çayı həm böyüklər, həm də uşaqlar üçün istifadə edilən ənənəvi bir çay içkisidir. Həmçinin, bu çay 6 aydan böyük uşaqlarda istifadə edə bilər.