Загрузка...

Kənan Hacıəkbəroğlu: “Aldığımız xəbər bizləri çox sevindirdi”

Bir ildən artıqdır Almaniyada mühacir həyatı yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlu bu ölkədə yaşamaq izni alıb.

Bu barədə musavat.com-a İsveçdə yaşayan sabiq siyasi məhbus Kənan Hacıəkbəroğlu məlumat verib.

Azərbaycanlı mühacir bunları deyib: “Aldığımız xəbər bizləri çox sevindirdi. Ümid edirik ki, Fərahim bəy kimi Almaniya və digər Avropa ölkələrində yaşayan həmvətənlərimiz də bu statusu əldə edərlər. Bunun üçün bizlərin üzərinə nə düşürsə, indiyə qədər etmişik, bundan sonra da əlimizdən nə gəlirsə edəcəyik”.

Qeyd edək ki, F.İlqaroğlu 2016-cı ilin oktyabrında Almaniyaya mühacirət edib. Gənc jurnalist ölkəmizdə “Yeni Müsavat”, APA İnformasiya Agentliyi kimi nüfuzlu mətbuat orqanlarında çalışıb.