Загрузка...

Dünyanın ən qəribə restoranları

Müasir dövrdə restoranlar daha çox müştəri cəlb etmək üçün yalnız keyfiyyətli yeməklər yox, bundan əlavə fərqli xidmətlər də təklif edir.

Minval.İnfo bu məqalədə dünyanın ən qəribə və fərqli xidmətlər təklif edən restoranlarından bəhs edəcək.

Havada yemək keyfi – “Dinner in the Sky”

Adından da məlum olduğu kimi bu restoran müştərilərinə yerdən 50 metr yüksəklikdə xidmət təklif edir. Restoran Belçikanın Brüssel şəhərində yerləşir.

 Su altı restoran – “Under”

Kənardan baxdıqda nəhəng qayaya bənzəyən bu restoranın bir hissəsi suyun altındadır. Bura gələnlər yeməkdən əlavə dənizin dərinliklərinə açılan mənzərədən həzz ala bilər.

Tualetdə yemək – “Modern Toilet”

Bu restoran digərlərindən dekorasiyasına görə xeylaq fərqlənir. Tayvanın Taipey şəhərində yerləşən bu restoranda yeməklər unitazda gətirilir. Restoranda müştərilər  oturacaqlar əvəzinə unitazın üzərində oturur. Bu fikir bir çoxumuza görə iyrənc səslənsə də məkan il boyu müştərilərlə dolu olur.

Çılpaq yemək yemək – “O naturel”

Bu restorana daxil olmaq istəyən paltarlarını kənarda buraxmalıdır. Restoran Fransanın paytaxtı Parisdə yerləşir. 20 yaşdan kiçiklər isə valideyn icazəsi olmadan restorana buraxılmır.

Həbsxanada yemək – “Alcatraz E.R”

Bu restoranın dizaynı dünyanın ən təhlükəli həbsxanalarından biri olan Alkatraz həbsxanasına oxşar şəkildə dizayn edilib. Restoranın işçiləri isə məhbus paltarlarında xidmət göstərirlər. Restoranda Alkatraz həbsxanasının ab-havasını yaratmaq üçün səs gücləndiricilərindən istifadə edərək qışqırıq səsləri yayırlar.