İngilis kilsəsinin rahibi narkotikdən istifadə edərkən yaxalanıb. Onu bu işi görərkən videoya çəkiblər. Kadrlardan görünür ki, Stennet Kirbi dostu ilə birlikdə kokain çəkir.
Eyni zamanda o, pornoqrafiyaya da baxaraq dostuna pulu olsa idi, evə əxlaqsız qadın çağırmaq istədiyini deyir. Bütün bunlar rahibə hədiyyə edilən, dəyəri 1.5 milyon funt olan evdə baş verir.
Kirbi Vestxem şəhərində 2007-ci ildən rahib kimi çalışır. Çəkiliş baş tutan günlərdə isə o, müalicə üçün icazəyə çıxıbmış. Kilsənin rəsmi nümayəndələri deyiblər ki, roliki görüblər, daxili araşdlrmaya başlayıblar və məsələyə “olduqca ciddi yanaşırlar”. Fevralın əvvəlində isə məlum olmuşdu ki, Taylanddakı buddist monarx qadın alt paltarları oğurlayır. Məbədin rəhbərliyi bu hadisədən xəbər tutan kimi oğrunu qovub.
Musavat.com