Hindistanda imtahan zamanı köçürmə hallarının qarşısını almaq üçün ayaqqabı geyinmək qadağan edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qərar Bihar əyaləti Təhsil Nazirliyi tərəfindən qəbul olunub. 10-cu sinif şagirdləri imtahana ayaqqabı ilə yox, çəkələklə gələ biləcəklər.
Qeyd edək ki, ötən həftə 12-ci siniflər üçün keçirilən buraxılış imtahanında 1000 nəfər şagird imtahan qaydalarını pozduqları, ayaqqabı və corablarında cavabları gizlətdikləri üçün onların imtahan nəticəsi ləğv edilib.