5 qat dünya çempionu, karate ustası, “karatenin brilliantı” Rafael Ağayev növbəti uğur qazanıb.
BAKU.WS-in məlumatına görə, Rafael Ağayev K1 Premyer League Dubai yarışında qızıl medal sahibi olub.
Təmsilçimiz Dubayda mötəbər Karate1 Premyer Liqa turnirdə (-75 kq) kumite yarışlarında bütün rəqiblərini üstələyərək birinciliyə sahib olub.