“Şaban” obrazı ilə tanınan mərhum aktyor Kamal Sunalın oğlu Ali Sunalın azərbaycanlı sevgilisi Nazlı Qurbanzadə ilə ilk fotosu yayılıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük yayda nikah masasına əyləşməyə hazırlaşır. Kamal Sunalın xanımı Gül Sunal gələcək gəlinini çox sevdiyini deyib.
Qeyd edək ki, hüquqşünas Nazlı ilə Ali ÇABA dərnəyində tanış olublar. Nazlı Türkiyənin məşhur siması Bülent Qurbanzadənin qızıdır. Xatırladaq ki, Ali Sunal 2011-2012-ci illərdə aktrisa Gökçe Bahadırla ailəli olub.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.