Загрузка...

Dağıstanın Kızılyar şəhərində naməlum şəxs insanları atəşə tutub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, həmin şəxs provaslavların dini mərasim keçirdiyi əraziyə daxil olub və kütləyə atəş açıb.

Nəticədə 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayətkar öldürülüb.