Загрузка...

Afrində keçirilən “Zeytun budağı” əməliyyatında 3 terrorçu öldürülüb.

Axar.az xəbər verir ki, öldürülən terrorçular YPG terror təşkilatının üzvləri olublar.

Onların Niderland, İspaniya və Fransa vətəndaşı olduğu bildirilib.

***

Öldürülənlərdən biri hollandiyalı Sjoerd Heeger xarici mətbuat orqanlarına verdiyi müsahibələrlə məşhur olub.

Məlumata görə, Heeger türk ordusuna partladıcı yerləşdirilmiş avtomobillə hücuma hazırlaşarkən “Bordo bereli” snayperin sayıqlığı nəticəsində məhv edilib.

Baran Sason kod adlı holland terrorçu Cerablus, Əl Bab və Rakkadakı döyüşlərdə YPG cərgələrində vuruşub. Həyat yoldaşı və qızını ataraq Suriyaya gələn terrorçunun ölüm faktını Niderland səfirliyi də təsdiqləyib.

Ailəsinin terrorçunun dəfninin qəbul etmədiyi açıqlanıb.

“Bordo bereli”lər məşhur holland terrorçunu öldürdü