Bakının Nərimanov rayonunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.
Minval.info xəbər verir ki, fevralın 16-da Heydər Əliyev prospektində qeydə alınan hadisədə ölənlər olub. Qəzada iki nəfər həyatını itirib və iki nəfər ağır yaralanıb. Hadisə avtomobillərin zəncivari toqquşması nəticəsində baş verib.
“Opel” markalı nəqliyyat vasitəsi tamamilə yararsız vəziyyətə düşüb. Digər avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə yol polisi əməkdaşları və təcili yardım maşınları cəlb olunub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi açılıb araşdırma aparılır.
https://d.radikal.ru/d43/1802/b6/480c97e7004a.jpg
https://b.radikal.ru/b20/1802/a4/4ba49d387660.jpg
https://d.radikal.ru/d03/1802/71/13833a50df47.jpg
https://a.radikal.ru/a31/1802/57/7e9c206a81ba.jpg
https://a.radikal.ru/a18/1802/0c/e19078adcf79.jpg
https://b.radikal.ru/b33/1802/b5/e2db935720f0.jpg