Suriyada 300 Rusiya əsgərinin necə öldürüldüyünün görüntüləri yayılıb.
BAKU.WS-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın döyüş təyyarələri əməliyyata gedən rus hərbçilərini daşıyan konvoyu bombardman edib.
Nəticədə rus əsgərlər maşınlardan düşüb qaçmağa başlayıblar. Lakin ABŞ təyyarələri həmin əsgərləri də öldürüblər.
Hadisədən sonra sağ qalan əsgərlərin bir-birləri ilə Whatsapp danışıqları yayılıb.
Bir neçə güm əvvəl dünyanın nüfuzlu Reuters informasiya agentliyi xəbər yaymışdı ki, bir həftə əvvəl 300 Rusiya hərbçisi öldürülüb, onlarla yaralı var.
5 fərqli mənbədən alınan məlumata görə, öldürülən əsgərlərin meyitinin çoxu Rusiyaya aparılıb. Yaralıların çoxu isə Suriyada xəstəxanalara yerləşdirilib.