Загрузка...

Heydər Əliyev prospektində dəhşətli qəzanın videosu yayılıb.

BAKU.WS-in məlumatına görə, ötən gün “Lexus” orta yolda hərəkət edən “Opel” markalı avtomobili arxadan vurub.

Zərbədən “Opel” orta yoldan çıxaraq köməkçi yola düşüb. Köməkçi yolda isə “Opel” daha iki maşına dəyib. Qəza nəticəsində ölən 2 nəfərdən başqa daha 2 nəfər yaralanıb. Onlar 44 yaşlı Manafov Rəhim və 36 yaşlı Əmircanov Kamildir.

Ürəyi zəif olanlar videoya baxmasın.