Загрузка...
Neftdən, rezin, kauçuk plastik maddələr alındığını yəqin ki bir çoxumuz bilirik. Bəs əksini necə? Məsələn təkərdən kauçukdan neft almaq olarmı?

Paytaxt sakini Ramin İsmayılov kustar üsulla düzəltdiyi avadanlıq vasitəsi ilə plastik tullantılarından neft əldə edir. Hətta həmin neftdən digər bir avadanlıq vasitəsi ilə həm benzin, həm də dizel yanacağı əldə edə bilir.

Neftin alınması üçün işlənmiş təkər, plastik qablar və sellofanlar sobanın içinə yığılır, qapağı möhkəm şəkildə bağlanılır və altı yandırılır. Daha sonra həmin tullantılar buxar halında borulara dolur.

1 saata yaxın çəkən bu prosesdən sonra xüsusi çəndə toplanan nefti götürmək olur. Bu üsulla 100 kq tullantıdan 75 litrə kimi neft almaq mümkündür. Eyni üsulla işləyən digər avadanlıq isə nefti dizel və benzin yanacağına çevirməyə imkan verir.

Ramin İsmayılov bu üsulla hər iki növ yanacağı da əldə edə bilir. Onun sözlərinə görə bu yanacaqları müxtəlif sahələrdə istifadə etmək olar.

İxtiraçının sözlərinə görə hətta benzin yanacağını da süzgəcdən keçirib oktan ədədini öyrəndikdən sonra həttə minik avtomobillərində də istifadə etmək olar. R.İsmayılovun əsas istəyi maliyə dəstəyi taparaq bu avadanlığın daha böyük və təkmil formasını hazırlamaqdır.