Nigeriyadan Avropaya gələn qadın miqrantlar məcburən fahişəliklə məşğul olurlar. Buna səbəb onların özlərini cadulu hesab etmələridir. Əksər nigeriyalı fahişələrin hekayəti bir-birinə bənzəyir.
Onları öz ölkələrində xüsusi adamlar seçir və Avropada xoşbəxt həyat vədi verir. Amma göndərməmişdən əvvəl onlara xüsusi qara magiya ritualı keçirirlər. Ritualdan sonra qurbanlar inanmağa başlayırlar ki, əgər cadugərin sözünə qulaq asmayıb, fahişəliklə məşğul olmasalar, tezliklə öləcəklər. Ona görə də bütün iş şərtlərinə razılaşırlar. Bəzi fahişələr isə müştərilərlə 1 saatına 8 avro müqabilində görüşməyə razılaşırlar. Avropadakı sosial işçilər isə fahişələrin normal həyata qaytarılması ilə bağlı iş görərkən təkcə miqrantların iqtisadi durumu ilə yox, eyni zamanda Nigeriyadan gələnlərin cadu qorxusu ilə də üzləşirlər.
Təkcə İsveçrəyə il ərzində Afrikadan 1500-3000 nəfər fahişəliklə məşğul olmaq üçün gəlir. 2017-ci ilin dekabrında məlumat verildi ki, jurnalist 5 il ərzində düşərgələrdə yaşadı və fahişələrin həyatı barədə kitab yazdı.
Musavat.com