Aktrisa Pərvin Abıyeva “Səhər-Səhər” verlişinə gənc qonaq olub.
Minval.İnfo xəbər verir ki, Elgiz Əkbər aktrisaya “Deyirlər ki, digərlərindən daha az filmə çəkilir, amma daha çox qazanır, bahalı maşın sürür” sözlərinə Pərvin belə cavab verib:
“Azərbaycanda ən çox çəkilən aktrisa mənəm. “Az çəkilir, amma bütün aktrisalardan bahalı maşın sürür” deyənlərdən soruşun görün ki, onlar kinostudianın qapısını tanıyırlarmı?! Əgər 1 ildə 5 filmin qalasında sırf baş roldasansa bu heç də az deyil”
Pərvin illik qazancı bağlı isə deyib ki, “İldə 50 min qonararım olur. Ən bahalı maşını sürürəm, yaxşı edirəm, əcəb edirəm. Getsinlər onlar da etsinlər. Maraqlı olan bilirsiz nədir, səni görəndə qucaqlayıb öpürlər, “sən birdənəsən, gözəlim, kuklam” deyirlər. Üzünü çevirməyə peşmansan, həmin dəqiqə dalınca min söz danışırlar”.
Pərvin gəlirinin yalnız aktrisalıqdan gəlmədiyini deyib:
“573 min izləyicisi olan “İnstagram” səhifəm var. Bütün məhşurlar kimi mən də reklam yerləşdirirəm və fikirləşirəm ki, bunu niyə də havayı etməliyəm. Əgər mən bu insana qazandırıramsa, mən də qazanmalıyam. Reklam edirəm və reklamlara çəkilirəm. Sırf çəkilim deyə çəkilmirəm. Deyirəm bu qiymətə istəyirsən çək, istəmirsən çəkmə. Çünki mən də əziyyət çəkirəm. Filmdi çəkilirəm, serialdı çəkilirəm. Mən işləyirəm, əziyyət çəkirəm. Niyə də qazanmamalıyam?”