Загрузка...

Astarada polis tərəfindən tutulan şəxs intihar edib.

APA-nın məlumatına görə, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.